İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib

11 Avqust 2024 18:25 (UTC+04:00)

...Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, hakim “Gürcü arzusu” parlament partiyasının təsisçisi Bidzina İvanişvili ABŞ senatorları ilə görüşdən imtina edib.

SİA xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Kobaxidzenin sözlərinə görə, İvanişvili amerikalı tərəfdaşlarına imtinanın səbəblərini şəxsən izah edib, lakin açıqlamayıb.

Bundan əvvəl Kobaxidze bildirib ki, Gürcüstan ABŞ-a münasibətlərin bərpasını təklif edir və bu, hər iki ölkənin maraqlarına eyni dərəcədə cavab verir.

Onun sözlərinə görə, son üç-dörd il ərzində Tbilisi ilə Vaşinqton arasında münasibətlərdə çox şey “səhv olub” və buna görə də sıfırlamaya ehtiyac var.

Kobaxidze “Gürcü Arzusu”nun müxalifətlə bağlı siyasətini “ABŞ-ın yaxın tərəfdaşlarına xas olmayan diktatura” ilə müqayisə edən respublikaçı konqresmen Tomas Kinin sözlərini əks nəticəli adlandırıb.

Gürcüstanın baş naziri qeyd edib ki, Tbilisi ilə Vaşinqton arasında münasibətlər ilk növbədə ədalətli olmalıdır.

Onun sözlərinə görə, Gürcüstan bunun üçün bütün mümkün addımları atacaq, əsas odur ki, ABŞ hökumətinin atdığı addımları görsün.

Əli Babayev