İrkutsk vilayətindən olan çağırışçılar Ukrayna ilə sərhədə - Kursk və Belqorod vilayətlərinə göndərilməyə başlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çağırışçıların qohumları “Lyudi Baykala” (“Baykal xalqı”) nəşrinə bildiriblər.
...Çağırışçılardan birinin qohumunun sözlərinə görə, onun qardaşı oğlu və digər əsgərlər vaxtında çağırılaraq İrkutsk vilayətinin Şelexov şəhərindəki təlim mərkəzinə, oradan isə Sverdlovsk vilayəti və Altay vilayətindəki hərbi hissələrə göndəriliblər.
İndi çağırışçılar üç aylıq gənc döyüşçü kursunu bitirdikdən sonra dərhal sərhəd rayonlarına göndərilirlər.
Rusiya əsgərlərinə hüquqi yardım göstərən təşkilatlardan birindən agentliyə bildirilib ki, Rusiya komandanlığı Kursk vilayətindəki çağırışçıları arxa cəbhəyə keçirməkdən imtina edib.
Yeri gəlmişkən Voronej vilayətindən bə bölgəyə əsgərlər gətirilir.
Əli Babayev