Hansı səhər yeməyinin xərçəngə səbəb olduğu məlum olub

11 Avqust 2024 23:37 (UTC+04:00)

...Populyar səhər yeməyi yeməkləri sağlamlığa zərər verə bilər, o cümlədən xərçəngə tutulma riskini artırır və demensiyanı sürətləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova Telegram-da bildirib.

...O qeyd edib ki, səhərlər omletdən, donuz və kolbasa sendviçlərindən uzaq durmaq daha yaxşıdır.

Həkimin sözlərinə görə, həftədə bu məhsulların cəmi iki porsiyonu demensiyanın inkişaf riskini 14 faiz artırır.

Həkim izah edir ki, konservləşdirilmiş, duzlu və ya hisə verilmiş ətin tərkibində nitratlar var, onların hərəkəti beyin hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir, xərçəngin inkişafına səbəb olur.

Pavlova əlavə edib ki, bu cür yeməkləri mütəmadi olaraq yeyirsinizsə, yaşa bağlı beyin məhvi və koqnitiv qocalma prosesləri sürətlənəcək.

Nazlı Almuradova