Gürcüstan həbsxanalarında məhbusların sayında yenidən antirekord qeydə alınıb. Cari il iyulun 1-nə olan məlumata görə, həbsxanalarda 10 367 məhbus var, bu da ölkə əhalisinin 0,28 faizini təşkil edir. SİA xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hazırda həbsxanalarda olan məhbusları sayı 2014-cü ilin göstəricilərindən cəmi 5 nəfər azdır. Məhbusların 4100 nəfəri ikinci və daha çox məhbəs həyatı yaşayanlardır.
2011-ci ildə ölkə həbsxanalarında 24 114 məhbus olub. 2012-ci ildə elan olunmuş amnistiyadan sonra həbsxanalardakı məhbusların sayı 9093 nəfərə qədər azalıb. 2014-cü ildə isə həbsxanalarda olan məhbusların sayı 10372 nəfər olub. Amma sonrakı illərdə bu rəqəm 9800 nəfərdən çox olmayıb.