Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülüb

11 Avqust 2024 15:16 (UTC+04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.