İsti hava meteohəssas insanlarda narahatlıq yarada bilər

11 Avqust 2024 13:40 (UTC+04:00)

Avqustun 12-də isti hava meteohəssas insanlarda narahatlıq yarada bilər. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda isti temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.