...Belarusun Müdafiə Nazirliyi Qomel vilayətində Ukrayna ilə sərhədə əlavə hərbi texnika göndərir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin teleqram kanalı məlumat yayıb. Müdafiə Nazirliyi bildirib ki, mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır.
...Hərbi heyət hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayır.
Bu, idarənin açıqlamasında bildirilir.
Xatırladaq ki, avqustun 10-da müdafiə naziri Viktor Xrenin Qomel və Mozır taktiki istiqamətlərində qoşun qruplarının gücləndirildiyini açıqlamışdı.
Bundan əvvəl Aleksandr Lukaşenko Belarusun hava məkanında Ukrayna tərəfindən buraxıldığı iddia edilən dronların ləğv edildiyini demişdi.
Əli Babayev