Mingəçevirdə körpə doğuş vaxtı öldü

11 Avqust 2024 10:48 (UTC+04:00)

Mingəçevir Şəhər Xəstəxanasında yeni doğulan körpə ölüb. SİA xəbər verir ki, hadisə ötən gecə baş verib.

Belə ki, şəhər sakini Şəlalə Abdullazadənin dünyaya gətirdiyi körpə az sonra vəfat edib.

Bildirilir ki, bu Ş.Abdullazadənin ilk doğuşu olub.

Faktla bağlı araşdırma aparılır.