Məşhur aparıcı verilişdən ayrıldı

11 Avqust 2024 07:01 (UTC+04:00)

Türkiyə telekanalında yayımlanan məşhur "Kim Milyoner Olmaq İstəyir” verilişində aparıcı dəyişikliyi olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümdə diqqətini aktyorluğa yönəltmək istəyən aktyor Kənan İmirzalıoğlu aparıcısı olduğu proqramı tərk edib. Yeni mövsümdən verilişin aparıcılığını Oktay Kaynarca edəcək. Kənan İmirzalıoğlu yeni mövsümdə diqqətini aktyorluğa yönəltmək istədiyini bildirib.