Paris-2024: Bayrağımızı daşıyacaq idmançılar müəyyənləşdi

11 Avqust 2024 00:01 (UTC+04:00)

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.

SİA xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.

Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

Qeyd edək ki, Qaşım Maqomedov Paris Olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.