Bürünc amerikalıya yox, rumıniyalıya verilməlidir...

10 Avqust 2024 22:16 (UTC+04:00)

İdman Arbitraj Məhkəməsi (CAS) Rumıniya Milli Olimpiya Komitəsi və Rumıniya Gimnastika Federasiyasının Paris Olimpiadasında idman gimnastikası üzrə döşəmə idmanı üzrə medalların paylanmasına qarşı apellyasiya şikayətini təmin edib. SİA bu barədə rus saytlarına istinad edir.

...Xatırladaq ki, rumıniyalı gimnast Ana Barbosu yer hərəkətlərində amerikalı Jordan Çilesə qalib gələrək üçüncü olub.

Amma ABŞ onun qiymətləndirməsinə etiraz edib və ona yenidən baxılıb. Nəticədə Barbosa dördüncü yerə enib, ABŞ təmsilçisi isə bürünc medala layiq görülüb.

CAS bildirib ki, ABŞ etirazı bir dəqiqəlik (dörd saniyə) qayda limiti bitdikdən və etibarsız sayıldıqdan sonra verilib. Qurumun qərarına əsasən, finalın nəticəsinə baxılmalı və bürünc rumıniyalıya verilməlidir.

Bundan əvvəl Rumıniyanın baş nazirinin gimnast Barbosa bürüncdən məhrum olduğu üçün Olimpiya Oyunlarının bağlanışına getməyəcəyi barədə məlumat yayılmışdı.

Nazlı Almuradova