...Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya hücumlarının qarşısını qabaqlayıcı zərbələr, həmçinin bufer zonanın yaradılması ilə almaq olar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin sülh danışıqlarının aparılması şərtlərindən danışarkən qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
...Biz ərazilərimizin təhlükəsizliyini təmin etmək üçün bufer zonasından danışırıq.
Bunu Çepa yazıb.
Parlamentari həmçinin Ukrayna qoşunlarının Dnepr üzərindən keçidlərlə yük daşımaq imkanından məhrum edilməsinin vacibliyini də qeyd edib.
Əli Babayev