Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-si isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.