Məzahir Pənahov: 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

10 Avqust 2024 18:14 (UTC+04:00)

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən, sadəcə, 1420 nəfəri imza vərəqəsi alıb.