...Xiyar, badımcan, alma, pomidor, kartof və sitrus meyvələrinin qabıqlarını yemək son dərəcə faydalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı qastroenteroloq Lyudmila Suxorukova bildirib ki, onun tərkibində çoxlu vitaminlər və faydalı maddələr var.
Belə ki, onun sözlərinə görə, xiyar qabığının tərkibində həzm üçün lazım olan lif, həmçinin kalium və beta-karotin var. ...Xiyarı qabığı ilə həzm etmək üçün iki saata qədər vaxt lazımdır, buna görə də insanda daha güclü toxluq hissi yaranır.
Bunu həkim deyir.
Üzüm qabığında təbii antibiotik resveratrol, badımcan qabığı isə flavonoidlər, lif, maqnezium və antosiyaninlərlə zəngindir. Sonuncu xolesterol səviyyəsini azaldır.
Bunu da Suxorukova əlavə edir.
Almanı qabığı ilə yemək ürək sağlamlığına faydalı təsir göstərir, allergiyanı aradan qaldırmağa kömək edir və qan şəkərinin səviyyəsini normallaşdırır.
Bu arada pomidor qabığında prostat xərçənginin qarşısını alan naringenin, kartof qabığında isə lif, dəmir, C vitamini, kalium və fol turşusu var.
Nazlı Almuradova