Zəngli saat həzin bir melodiya çalan saatla əvəzlənsin!

10 Avqust 2024 23:16 (UTC+04:00)

...Ruslara səhər saatlarında hər 5-10 dəqiqədən bir eyni anda bir neçə zəngli saatdan istifadə etməmək barədə xəbərdarlıq edilib.

SİA-nın əldə etdiyi məlumata görə, endokrinoloq Zuxra Pavlova xəbərdarlıq edib ki, kəskin səsdən qəfil oyanmaq orqanizm üçün böyük stressdir.

Onun sözlərinə görə, zəngli saat çalanda beyin insanın təhlükədə olduğuna qərar verir və adrenalin ifraz edir. Pavlovanın dediyinə görə,bu halda ürək çox tez döyünməyə başlayır, qan təzyiqi yüksəlir.

Zəngli saat çaldıqda insan dərin yuxu mərhələsindədirsə, oyandıqdan sonra bir neçə saat yorğunluq hiss edəcək. Yuxu ətaləti adlanan vəziyyətə görə insanın fiziki və zehni qabiliyyətləri sıfıra enir.

Zəngli saatın yaratdığı stressdən qaçmaq üçün Pavlova, tədricən artan səsli bir melodiya seçməyi məsləhət görür.

...Əvvəllər məlum olmuşdu ki, gündə 8 saatdan çox yatmaq zərərlidir və piylənmə və depressiyanı təhdid edir.

Nazlı Almuradova