Azərbaycan millisinin üzvü Malayziya klubuna keçib

10 Avqust 2024 17:15 (UTC+04:00)

Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun yeni klubu məlum olub. SİA xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin “Yohor Darul Tazim” komandasına keçib.

Futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Eddi İsrafilov 2022-ci ildən “Neftçi”də çıxış edirdi.