Parisdə təhlükəsizlik xidmətinin əməkdaşları silsilə tətillərini davam etdirirlər

10 Avqust 2024 12:47 (UTC+04:00)

Parisdə təhlükəsizlik xidmətinin (insan nəzarəti, məsafədən müşahidə, hava limanının təhlükəsizliyi) əməkdaşları Olimpiya Oyunları müddətində silsilə tətillərini davam etdirirlər. SİA xəbər verir ki, Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) təhlükəsizlik xidməti əməkdaşlarını avqustun qalan bazar günlərində və sentyabrın 1-də, 8-də, 15-də və 22-də tətilə çağırıb. Bildirib ki, bu tətillər işəgötürən təşkilatlardan onların maaş tələblərinə ciddi cavab almaq tələbini əks etdirir. İşəgötürən təşkilatlar 2023-cü il sentyabrın 25-də maaşlarla bağlı üçillik müqavilənin müzakirəsi zamanı üzərilərinə götürdükləri öhdəliklərini yerinə yetirməyiblər.

Beləliklə, təhlükəsizlik xidmətinin əməkdaşları avqustun 11-də - Olimpiya Oyunlarının bağlanış günündə tətil edəcəklər.