...Xiyarların əyriliyinin əsas səbəbi temperaturun dəyişməsidir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Bağbanlar İttifaqının eksperti Olqa Voronova “Moskva 24” telekanalının efirində bildirib.
...Onun dediyinə görə, xiyarların əyri olmasının birinci səbəbi az tozlanmadır. İkincisi, isə ani stress, yəni temperatur. Deyək ki, hava isti idi və birdən yağış yağıb soyudu. Və əksinə...
Voronovaya görə, xiyar temperatur aşağı düşəndə - gecə və yağış zamanı və ya soyuq havada bağlanmalıdır.
Tozlayan həşəratların diqqətini cəlb etmək üçün tərəvəzlərin yanında yerkökü əkmək də faydalıdır.
...Və ya tozlanma tələb etməyən partenokarpik xiyarları seçməlisiniz.
Nazlı Almuradova