Uşaq və gənclərin fiziki və mənəvi inkişafı öz aktuallığını qoruyur – TƏHLİL

9 Avqust 2024 19:25 (UTC+04:00)

Ölkənin, eləcə də cəmiyyətin gələcəyi bildiyimiz kimi, məhz uşaq və gənclərlə, onların fiziki və mənəvi inkişafı ilə bağlıdır. Məhz bu baxımdan da hər bir cəmiyyətin, hər bir xalqın, hər bir ölkənin inkişaf göstəricisi ilk növbədə uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə ölçülür. Ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafını nəzərə aldıqda, müşahidə etdikdə bir daha əmin oluruq ki, həqiqətən də ölkəmizin işkişaf göstəricisinin yüksək olmasından qürurla danışmağa haqqımız çatır.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən bu vaxta qədər gənclər siyasətinə xüsusi önəm verililir. Qeyd edək ki, bu, heç də təsadüfi deyil. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyev məhz gənclər siyasətinin ön planda olduğunu tam zamanında diqqətə çatdırıb. Elə Ümummilli Liderin bu kəlamını rəhbər tutaraq, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət göstərilməyə başlanıldığını yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, məhz müstəqilliyimizin bərpasından sonra Ulu Öndər uşaq və gənclərin fiziki və mənəvi inkişafına nə dərəcədə həssas yanaşıb, nə dərəcədə xüsusi diqqət ayırıb. Artıq biz həmin o həssas yanaşmanın, həmin o diqqətin məntiqi nəticəsini görməkdəyik və gəncliyimizlə qürur duymağımız təsdiq edir ki, gənclər siyasətinin təməli dahi rəhbərimiz Heydər Əliyev tərəfindən çox böyük uğurla qoyulub. Bu gün biz cəsarətlə deyə bilərik ki, gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda həmin ənənə, eyni şəkildə yanaşma, həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Ölkəmizdə uşaqlara, gənclərə dövlət qayğısının yüksək səviyyədə olduğunu təkzib etmək mümkün deyil. Dövlətimizin qayğısını uşaq və gənclərimiz hər zaman hiss edirlər. Bu qayğının daha da gücləndirilməsi istiqamətində görülən işləri də müşahidə edirik. Məsələn, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində atılan addımlar da diqqətdən yayınan deyil. Məhz bu addımların atılması üçün dövlət rəhbərimizin sərəncamlar imzalaması haqqında da bilirik və əminik ki, bu istiqamətdə davamlı olaraq mühüm işlər görülməkdədir. Üşaq və gənclərin fiziki və mənəvi inkişafı naminə Azərbaycanda ardıcıl olaraq, mühüm addımların atılması, görülən işlər, hətta əldə olunan nəticələr bir daha təsdiq edir və əminlik yaradır ki, sözügedən sahə, məhz gənclər siyasəti ölkəmiz üçün əsas prioritetlərdən hesab olunur, öz aktuallığını qoruyur.

Xatırladaq ki, 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramı, 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə ölkə rəhbərinin imzaladığı Sərəncam uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün nəzərdə tutulub. Sadalanan Sərəncamlar və sənədlərin qəbul edilməsi bir çox məqamlardan xəbər verir. Ələlxüsus da onu deməyə əsas verir ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə, uşaq və gənclərin fiziki və mənəvi inkişafına xüsusi diqqət və qayğı sərhədsizdir. Məhz gənclərimizin dünyanın bir çox tanınmış universitetlərini bitirmələri, xaricdə təhsil alıb vətənə daha güclü mütəxəssis kimi dönmələri, layiqli vətəndaş olaraq, çalışmaları həmin qayğının məntiqi nəticəsidir. Azərbaycan gəncliyinin artıq beynəlxalq aləmdə seçilməyə başlaması, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında da yer almağa iddialı olması, gənclərimizin beynəlxalq əməkdaşlığının son illərdə xeyli genişlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayının artmaqda davam etməsi aparılan siyasətin uğurlu nəticələrindən xəbər verir. "Dialoq və Əməkdaşlıq Uğrunda" İslam Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı kimi beynəlxalq gənclər platformalarının təşəbbüskarı, eləcə də təsisçisinin Azərbaycan gəncliyi olması ölkəmizin apardığı gənclər siyasətinin uğurlu nəticələrinin bariz nümunəsi hesab olunur. Belə uğurlu nəticələrin davamlı olmasını təmin edən dövlət qayğısını, dövlət başçımızın qayğısını uşaq və gənclərimiz hər zaman hiss edirlər və əminik ki, gələcəkdə də gənclərimizin uğurları ilə fəxq edə, qürur duya biləcəyik.

Sözsüz ki, üşaq və gənclərin fiziki və mənəvi inkişafı onların layiqli vətəndaş olmaları, vətənpərvər olmaları üçün, gələcəyimizin etibarlı əllərdə olması üçün əsas şərtdir. Bunun üçün də uşaq və gənclərimiz ilk öncə ailədə, sonra orta və ali təhsil ocaqlarında, eləcə də cəmiyyətimizdə layiqli vətəndaş olaraq tərbiyə almalıdırlar. Hər bir azərbaycanlı ailəsində uşaqlar ilk növbədə vətənpərvər ruhda, vətənə məhəbbət ruhunda tərbiyə almalıdırlar. Əlbəttə ki, bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Sevindirici haldır ki, Azərbaycanda hər bir ailədə uşaqlar məhz belə sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Çünki xalqımızın vətənpərliyi, vətən anlayışına, milli mənsubiyyətə, dəyərlərimizə sayqısı, ehtiramı yüksək səviyyədədir və Azərbaycan xalqı ilk növbədə ailədə uşaqlara məhz vətənpərvərlik ruhu aşılayır. “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, deyimi bizim üçün ən ali, ən dəyərli kəlam olaraq qəbul olunub və bu, əlbəttə ki, uşaq və gənclərimizə də siraət edib.

Əlbəttə ki, uşaq və gənclərimizin fiziki və mənəvi tərbiyəsində təhsil ocaqlarının, orta və ali məktəblərin də rolu az deyil, hətta kifayət qədər böyükdür. Çünki uşaqlarımız ailədən sonra tərbiyəni məhz təhsil ocaqlarında alırlar. Ona görə də həmin təhsil ocaqlarında, orta və ali təhsil müəssisələrində çalışan pedaqoqların da üzərinə böyük məsuliyyət düşür. Onlar ilk növbədə uşaq və gənclərin milli ruhda, vətənpərlik ruhunda, salam şəkildə yetişməsində cavabdeh olduqlarını unutmamalıdırlar. Unutmamalıdırlar ki, uşaq və gənclərin fiziki, eləcə də mənəvi cəhətdən inkişafında, milli ruhda, milli-mənəvi tərbiyədə yetişməsinin təmin olunmasında, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarında, şəxsiyyət olaraq formalaşmalarında birbaşa cavabdehdirlər.

Sevindirici haldır ki, ölkəmizdə aparılan gənclər siyasəti öz bəhrəsini verməkdədir və 44 günlük vətən müharibəsi təsdiq etdi ki, həqiqətən də uşaq və gənclərimiz istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam inkişaf ediblər, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıblar. Unutmaq lazım deyil ki, işğal altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində canından, qanından keçən gənclərimiz məhz cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə böyüyən, fiziki, milli və mənəvi ruhda yetişən, inkişaf edən uşaqlar, gənclərdir və bu da o deməkdir ki, ölkə rəhbərimzin apardığı gənclər siyasəti düzgün istiqamətdədir. Azərbaycan gənclərinin necə vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmək və ehtiram hissi ilə yetişdiyini, inkişaf etdiyini şəhid və qazilərimiz bütün dünyaya belə sübut etdilər. Sübut etdilər ki, fiziki və mənəvi cəhətdən sağlam yetişən gənclik Azərbaycanın, xüsusən də ölkəmizin torpaqlarının, ərazi bütövlüyünün, suverenliyinin gələcəkdə də daha etibarlı şəkildə qorunacağına zəmanət deməkdir və xalqımızın firavan gələcəyi etibarlı əllərdədir. Bütün bunlar onu deməyə əsas verir ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər zaman öz aktuallığını qoruyur.

Müəllif: İnam Hacıyev

6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.