ABŞ-da 40 ildir ki, seçkilərin nəticələrini doğru təxmin edən tarix professoru Allan Lixtman prezident seçkiləri ilə bağlı proqnozlarını açıqlayıb. Məşhur tarixçi seçki yarışında Kamala Harrisin öndə olduğunu iddia edib. Beləliklə tarix professoru Allan Lixtman ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı proqnozlarını açıqlayıb.
Məşhur tarixçi proqnozlarını “13 açar modeli” adlanan üsula əsaslanaraq verir. Tarixçinin istifadə etdiyi üsula görə, Baydenin istefası demokratların xeyrinədir. O fikirlərini belə əsaslandırıb “Demokratlar nəhayət özlərinə gəldilər və Kamala Harrisin ətrafında birləşdilər. Bu o deməkdir ki, onlar seçim yarışında üstünlüyü qoruyub saxlayacaqlar”.
İqtisadiyyatla bağlı məsələlərdə seçicilərə veriləcək mesajların çox əhəmiyyətli olduğunu deyən tarixçi Harrisin fürsətləri dəyərləndirməsi lazım olduğunu bildirib. "Düşünürəm ki, Harris iqtisadi məsələlərə toxunmalıdır”. Belə ki, onun fikrincə Respublikçılar iqtisadi mövzuda mükəmməl şəkildə ixtisaslaşa bilsə də demokratlar bu mövzuda yetərsizdirlər. Bu tənqidlərə rəğmən Demokratların qalib gələcəyindən əmin olan Allanın praqnozu ABŞ mediasında maraqla qarşılanıb.