Astronomiya elmi inkişaf etdikcə insanlar digər planetdə yaşamaq haqqında düşünüblər. Bu dönəmdə isə Yer kürəsi kapitalist sənayenin tələblərinə və durmadan çoxalan insan sayına dözə bilməyəcəyi üçün alimlər yeni planetlər axtarışına çıxıblar. Onlar yeni planetlər axtarmaqla yanaşı, digər planetləri də yaşanacaq hala gətirməyə çalışırlar. Alimlər Mars planetini isitmək və bununla da onu yaşayış üçün əlverişli etmək üçün Marsın atmosferinə xüsusi toz səpmək istəyirlər. Bu təməlqoyma ideyası kimi Marsı daha çox Yerə bənzədən və bəlkə də insanların yaşadığı ikinci bir Yer etmək üçün təklif edilən bir sıra inqilabi üsullardan biridir.
Hal-hazırda Marsın səthi yaşayış üçün yararsızdır. Hədsiz soyuq, ölümcül ultrabənövşəyi şüalar, yararsız və quru torpaqlar, seyrək oksigen bunun əsas göstəricisidir. Digər tərəfdən Marsda nəyinsə yaşadığına dair heç bir dəlil yoxdur. Buna baxmayaraq yeni metodun arxasında duran elm adamları bunun əvvəlki planlardan ən azı 5000 dəfə daha səmərəli olduğunu söyləyirlər.
Bu üsula görə materialların planetimizdən daşınması əvəzinə, Marsda asanlıqla əldə edilə bilən resurslardan istifadə edilir. Eyni zamanda tədqiqatçılar, bu üsulun həqiqətən işləməsi üçün onilliklər lazım olduğunu deyirlər. Beləliklə, bu üsul digər təklifləri gündəmdən salır. Çünki onların həyata keçirilməsi üçün çox böyük resurslar və iş gücü tələb olunur.
Marsın yerləşdirilməsi ilə bağlı ilk təkliflər 1970-ci illərin əvvəllərində başlayıb. Buna baxmayaraq son 50 ildə Marsdakı iqlim şərtlərini Yerə bənzətmək üçün tədqiqatçıların təklif etdiyi heç bir üsul həyata keçirilməyib. Tədqiqatçılar iddia edirlər ki, onların yeni təklifi daha çox əlverişlidir, çünki Marsı maye su saxlayacaq qədər istiləşdirmək nisbətən daha bəsit ola bilər. Bu üsul, Yer planetində də baş verən və nəticələrindən əziyyət çəkdiyimiz istixana effektinə bənzəyir. Digər təkliflər isə qazların Marsa daşınması və ya planetin özündə kompleks mədən işlərinin aparılmasından ibarətdir. Yeni təklifə görə Marsda kifayət qədər çox olan dəmir və alüminiumu toplayıb onları qısa çubuqlar halına salmaq lazımdır. Bu çubuqlar isə itən istiliyi özünə çəkəcək və günəş işığını səthə yayaraq istixana effekti yaradacaq.
Beləliklə, Mars planetini isitmək üçün milyonlarla ton metal lazımdır, lakin bu üsul Marsı qlobal istiləşdirmək üçün təklif olunan əvvəlki üsullardan 5000 dəfə daha münasibdir. Bütün bu amillər, layihənin mümkünlüyünü əhəmiyyətli dərəcədə artırır. Marsdakı havanı isitmək insanların Marsda yaşamasına kifayət etməyəcək. Lakin tədqiqatçılar düşünür ki, atmosferə oksigen əlavə edərək, ətraf mühiti insanların məskunlaşması üçün daha əlverişli hala gətirə biləcək mikrobların və daha sonra yeməli bitkilərin yetişdirilməsinə başlayaraq buna nail olmaq mümkündür.