İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

9 Avqust 2024 04:02 (UTC+04:00)

İsrail ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq, avqustun 15-də Qəzza razılaşmasını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcək. SİA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Ofis danışıqların yerinin daha sonra açıqlanacağını, görüş zamanı Qəzza zolağı ilə bağlı sazişin icrasının təfərrüatlarının razılaşdırılacağını vurğulayıb.