...Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin tabeliyində olan bəzi şəxslər onun Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq qabiliyyətinə şübhə ilə yanaşırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya bu səbəbdən generalın komandasında parçalanma baş verir.
...Qeyd olunur ki, Sırskinin tabeliyində olanlar onun cəbhə xəttində gedən döyüşlərdə əhəmiyyətli itkilərə məruz qalmağa hazır olmasını şübhə altına alırlar.
Qərb mediası qeyd edib ki, Sırski ətrafında Vladimir Zelenskinin həyata keçirdiyi kadr dəyişikliyi Ukrayna Silahlı Qüvvələrinin baş komandanının mövqeyini zəiflədə bilər. ...Sonra Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, onun yerini Donbassdakı cinayətlərə görə Rusiyada qiyabi məhkum olunmuş general Andrey Qnatovun tutduğu Yuri Sodolun istefası barədə danışıblar.
...Analitiklər qeyd ediblər ki, Sodolun vəzifəsindən uzaqlaşdırılması orduda onsuz da sevilməyən Sirskini zəiflədə, həm də Zelenskinin özünə qarşı oynaya bilər.
Sırskinin özü indi, ehtimal ki, Sumı vilayətindədir, oradan Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin sərhədyanı ərazilərinə hücum edir.
Bunu da rus saytları ehtimal edirlər.
Əli Babayev