Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini atəşə tutması nəticəsində 9-u uşaq olmaqla 66 nəfər yaralanıb. Nazir həmçinin qeyd edib ki, Kursk vilayətinin tibb müəssisələrinə 38 nəfər yerləşdirilib, onlardan beşi uşaqdır.
SİA TASS-a istinadən xəbər verir ki, ikisi uşaq olmaqla 19 zərərçəkənə ambulator yardım göstərilib.
...Qeyd edək ki, mənzillərini itirmiş ailələrə yardım üçün 1 milyard 800 milyon rubl ayrılıb.
Hazırda Kurskda doqquz müvəqqəti yerləşdirmə mərkəzi açılıb, bəzi qaçqınlar Moskvaya, Moskva vilayətinə və Orelə gediblər.
Bundan əvvəl məlum olub ki, Kursk vilayətinin təhlükəli əraziləri tərk edən sakinləri birdəfəlik ödəniş alacaqlar.
Söhbət, SİA-nın bayaq yazdığı on min rubldan gedir. ...Xatırladaq ki, avqustun 6-da səhər saatlarında min nəfərə qədər Ukrayna bölmələri Sudjanski rayonunun ərazisinin bir hissəsini ələ keçirməyə cəhd edəndə regionda vəziyyət gərginləşib.
Lakin rus ordusu hücumu dayandırıb..?
Əli Babayev