...Bu arada Fransa Müdafiə Nazirliyi, Kursk bölgəsindəki əməliyyatı Ukrayna Silahlı Qüvvələrinın ilkin uğurlu əməliyyatı kimi təqdim edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
...Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu, təəccübün təsiri və şərq cəbhəsi ilə müqayisədə daha az hazırlıqlı qüvvələrlə qarşıdurma nəticəsində, görünür, ilkin uğur qazanıb. Bu hücum Rusiya ordusunu cəbhənin digər bölmələrindən qüvvələri ora cəlb etməyə məcbur edə bilər və beləliklə, Ukrayna Silahlı Qüvvələrinin indiyədək çətinlik çəkdiyi ərazilərdə yerli təzyiqləri azalda bilər.
Bu fransızların hesabatında bildirilir.
Qeyd edək ki, Fransa Müdafiə Nazirliyi hər iki tərəfin bir-birinə dərin zərbələr endirdiyini və Ukrayna qüvvələrinin Rusiya aerodromlarına və enerji infrastrukturuna hücumlarını davam etdirdiyini qeyd edib.
Əli Babayev