Ukrayna sadəcə olaraq qalib gələ bilməyəcək..?

9 Avqust 2024 00:05 (UTC+04:00)

...Ukrayna və onun Qərb tərəfdaşlarının Rusiya ilə münaqişədə heç bir hərbi strategiyası yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Pentaqonun keçmiş analitiki Karen Kviatkovski “Judging Freedom”un efirindən bildirib.

Onun sözlərinə görə, Ukrayna, prinsipcə, qalib gələ bilmir və ona ötürülən heç bir “F-16” bunu dəyişməyəcək.

Karen Kviatkovskiyə görə, bu təyyarələr də heç havada yox, elə anqarlarda ruslar tərəfindən məhv ediləcək.

...Məncə, keçmiş analitik “heyif bu təyyarələrdən” demək istəyir..?

Amma deyəsən, yox..?

Beləliklə, yenə də xanım analitikin sözlərinə görə, bu gün Kiyevə verilən təyyarələrin çoxu stasionar hədəflər olacaq. Onları göydə vurmayacaqlar, ancaq dayanacaq yerlərində vuracaqlar, ya da onlar təmir oluna bilməyəcək hala qədər xarab olacaqlar.

Birləşmiş Ştatlar üçün bu, birincisi, yeni satınalmaları əsaslandırmağa, ikincisi isə, köhnə modellərin, köhnəlmiş təyyarə parkının saxlanması və təmiri xərclərindən xilas olmaqdır.

Belə görünür ki, elə Amerika bada olmaqla, heç bir ölkə öz “yaxşısını” başqa ölkəyə elə-belə hədiyyə eləmir.

...Və ona görə də, amerikalılar üçün bu, hər iki baxımdan qazan-qazan vəziyyətidir. Onların heç birində Ukrayna qalib gəlmir. Görünən odur ki, biz Ukrayna əsilli pilotları, ümumiyyətlə, bu vəd edilmiş “F-16”-ları idarə edə biləcək qədər yetişdirməmişik.

...Bundan əlavə, burada hansı hərbi strategiyanın olması da maraqlıdır. Əslində, o, sadəcə mövcud deyil. Biz bu gün köhnəlmə müharibəsini görürük, bu, yavaş-yavaş üyüdülən və məhv edilən pilotsuz təyyarələrin müharibəsidir, rus qoşunları tədricən Qərbə doğru irəliləyir, tədricən Ukraynanın keçmiş kənd və şəhərləri üzərində nəzarəti bərqərar edir.

...Özü də, yavaş-yavaş və amansızcasına Qərbə, Kiyevə, digər şəhərlərə və Polşa sərhədinə doğru irəliləyirlər - orada dayanmasalar, əminəm ki, hər şey bitəcək.

Bunları deyən Kviatkovski, yenə də Ukraynanın prinsipcə qalib gələ bilmədiyini xatırladır, niyə..?

Cünki bunun üçün Ukraynanın nə təlim keçmiş döyüşçüləri, nə düzgün rəhbərliyi, nə maddi-texniki dəstəyi, nə də elektrik enerjisi mənbələri var.

Bilirsiniz, Kiyevin sözün əsl mənasında belə bir münaqişədə mübarizə aparmağa elə əvvəldən enerjisi yox idi.

Əli Babayev