SİA yerli mənbələrə istinadən xəbər verir ki, dövlət başçısı axşam videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu birbaşa şərh etməsə də, Rusiyanın müharibəni Ukrayna torpağına gətirdiyini və “nə etdiyini hiss etməli” olduğunu deyib.
O həmçinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin üç “səmərəli” məruzəsindən danışıb, ancaq təfərrüatları açıqlamayıb.
“Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Və müharibədə məqsədlərimizə çatmağı seçən biz deyildik. Rusiya torpağımıza müharibə gətirib və nə etdiyini hiss etməlidir”, – Ukrayna lideri vurğulayıb.