"Qazprom" "Sudja" qaz təchizatı ilə bağlı vəziyyətdən danışıb

8 Avqust 2024 22:25 (UTC+04:00)

"Qazprom"un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib ki, şirkət Ukrayna ərazisindən tranzit üçün qazı Sudja qazölçmə stansiyası vasitəsilə tədarük edir.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, müvafiq məlumatı jurnalistlərlə bölüşüb.

...Beləliklə, Kupriyanovun sözlərinə görə, qaz Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə verilir. O əlavə edib ki, avqustun 8-nə olan məlumata görə, bu həcm 37,3 milyon kubmetr təşkil edib. İlin əvvəlindən sutkada 40 milyon kubmetrdən yuxarı nasos olsa da, avqustun 7-də bu səviyyədən aşağı düşərək 39,4 milyon kubmetr təşkil edib.

Əli Babayev