Türkiyənin 2024-cü ilin ilk 7 ayında ixracat rəqəmləri

8 Avqust 2024 21:38 (UTC+04:00)

Türkiyə 2024-cü ilin ilk 7 ayında 261 milyard dollarlıq ixracatla son 12 ayın ixracat rəqəminə çataraq rekord qırıb.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbulda keçirilən Hazır Geyim Sərgisində çıxış edən Türkiyənin Ticarət naziri Ömər Bolat ölkənin böyümə sürəti ilə dünyanın lider ölkələrindən biri olduğunu vurğulayaraq ixrac məlumatları ilə bağlı təfərrüatları paylaşıb. Onun sözlərinə görə, bu ilin ilk 3 ayında ölkədəki ümumi milli gəlir 1 trilyon 159 milyard dollara yüksəlib.

5,7 faizlik artım tempi ilə Türkiyə dünyanın lider ölkələrindən biri olub.

İxracın da yaxşı irəlilədiyini vurğulayan nazir Ö.Bolat deyib: “2024-cü ilin sonuna qədər 267 milyard dollarlıq mal ixracatı və 110 milyard dollarlıq xidmət ixracı hədəfi qoymuşduq. İyul ayı etibarilə son 12 ayda ixracatımız 261,5 milyard dollara çatdı. Bu rekorddur. Xidmət ixracı da illik 106,5 milyard dollara yüksəlib”.