...Bu yaxınlarda müğənni Qlukoza (əsl adı Natalya Çistyakova-İonova) Krasnoyarskda "Metallurgistlər Günü"ndə çıxış etdikdən sonra qalmaqala düşüb. Bir çox izləyicilər sənətçinin səhnədəki davranışını qəribə hesab edib və onu qanunsuz maddələrdən istifadə etməkdə ittiham ediblər. Müğənni daha sonra ictimaiyyət qarşısında üzr istəməli olub. O, etiraf edib ki, sevimli nənəsi vəfat etdiyi üçün bu dərmanların ona belə mənfi təsir göstərəcəyini bilmədən həkimlərin yazdığı dərmanları qəbul etməyə başlayıb. Bundan əlavə, sənətçi keçmiş prodüser Maksim Fadeevlə mübahisə edir.
Lakin bir müddət sonra məlum olub ki, qohumları müğənni üçün reabilitasiya mərkəzi axtarıblar. Şayiələrə görə, Natalya sağalmaq üçün xaricə gedə bilər.
...Bu arada, sənətçinin şəxsi həyatında hər şeyin yaxşı getmədiyi barədə məlumatlar ortaya çıxıb. SİA-nın əldə etdiyi məlumata görə, müğənni 18 ildir ki, iş adamı Aleksandr Çistyakovla evlidir. Onların iki qızı var: 17 yaşlı Lidiya və 12 yaşlı Vera.
...İndi bu ailədə münaqişələr var və işlər hətta boşanmağa doğru gedir, amma bəlkə də Natalya və Aleksandr barışacaqlar, sadəcə olaraq, cütlüklərin müxtəlif güc testlərindən keçdiyi bir dövrdür.
Bunu isə parapsixoloq Vedaslava deyib.
Nazlı Almuradova