2024-cü ilin iyul ayı ərzində bütün dünyada həddindən artıq isti yüz milyonlarla insana təsir edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis və İqlim üzrə eksperti Xose Alvaro BMT-nin Cenevrə mərkəzinin həftəlik mətbuat konfransında qiymətləndirmələr aparıblar.
"İyul ayı ərzində həddindən artıq istilər yüz milyonlarla adama təsir etdi" deyən Nullis bu il Yer kürəsinin ən isti gününün 22 iyul kimi qeydə alındığını söyləyərək deyib: “2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər qlobal orta temperatur dəfələrlə rekordlar qırdı. Keçən il hər qitədə geniş yayılan sıx və uzunmüddətli istilik dalğaları oldu. Həmçinin 2023-cü ildə ən azı 10 ölkənin bir hissəsindən çoxunda gündəlik temperatur 50 dərəcəni keçdi”.
Ümumdünya Meteorologiya Təşkilatının İqlim üzrə eksperti Xose Alvaro iyulun 22-si “Ən isti gün” kimi qeydə alındıqdan sonra iyulun 23-də də demək olar ki, eyni temperatur müşahidə olunduğunu söyləyib: “Asiya, Afrika və Avropa kimi dünyanın bir çox yerində isti temperatur getdikcə qalıcılaşır. Məsələn, Las Veqasda 40 gündən çox 40 dərəcədən yuxarı temperatur müşahidə edildi."