"Sülhü xaricdə yox bölgədə axtarmaq lazımdır..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

8 Avqust 2024 17:51 (UTC+04:00)

Təəssüflə qeyd etmək lazımdır ki, biz son günər Ermənistanın davamlı olaraq bir-birinə zidd təxribatlar verdiyinin şahidiyik. Bu sözləri deputat Ceyhun Məmmədov SİA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, Ermənistan rəsmiləri müxtəlif bəyanatlar verərək sülh prosesini daha da gəlizləşdirirlər və bugün Azərbaycan bölgəmizə sülhün gəlməsi üçün real addımlar atır, səylə çalışırıq ki ən qısa vaxtda bizim bölgəmizə sülh gəlsin. Amma bugün gördüyümüz budur ki, Ermənistan bu prosesə mane olmağa çalışır və davamlı olaraq gah sərhəddə təhribatlar törədir, gah da müxtəlif bəyanatlar verir, gah silah alır, gah təlimlər keçirir.Əslində, 30 il ərzində Ermənistana dəfələrlə xəbərdarləq etmişdik. Onlar bunu nəzərə alsalar bugün münasibətlər bu cür mürəkkəbləşməzdi. Təəssüf ki, onlar bunu nəzərə almırlar və bugün biz sülhə nail ola bilmirik.

Deputat həm də əlavə edib: " Dəfələrlə cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan sülhə hazırdır və sülh imzalamaq üçün bütün addımları atırıq. Ermənistan hələ də konstitisiyası ilə, ərazi iddiaları ilə bağlı iddiaları çıxartmayıb və çalışır ki ayrı-ayrı ölkələr ABŞ, Fransa və ya digər ölkələr vasitəsilə Azərbaycana təzyiqləri davam etdirsin və Azərbaycanı bu yolla öz istədiyi şərtləri qəbul etdirsin. Bu, əlbəttə ki, vəziyyəti daha da gəlizləşdirir.

Biz həmişə demişik və bu dəfə də deyirik ki, sülhü xaricdə yox bölgədə axtarmaq lazımdır. Ermənistan çalışmalıdır ki, Azərbaycanla münasibətləri normallaşdırsın. Bunu etmədən bölgəyə sülhün gəlməsi mümkün deyl.

Ermənistan həqiqətən sülh istəməlidi və bunun üçün bölgəmizdə real addımları atmalıdır. Biz hələki bunu Ermənistan nümayəndəsində görmürük və Ermənistanın hər addımı daha çox bugünki münasibətlərin gərginləşməsinə hesablanıb, sülhün gəlməməsinə və daha çox bölgədə sülhün mane olmasına. Ona görə biz hesab edirik ki, bu məsələləri nəzərə almaq lazımdır və Ermənistan çalışmalıdır ki, Azərbaycanın dediklərini qəbul etsin və bölgəyə sülhün gəlməsi üçün real addımlar atsın.

Bütün hallarda görünən odur ki, münasibətləri gərginlədirən və sülhün gəlməsinə mane olan dövlət məhz Ermənistandır. Ermənistan çalışmalıdır ki, bu kimi məsələlərdə diqqətli olsun və Azərbaycanın şərtlərini qəbul etsin və biz birlikdə sülhə doğru inamla addımlayaq. Buna nail olunmadığı təqdirdə nəyəsə nail olmaq birmənalı olaraq qeyri-mümkündür".