Ankaranın Etlik Şəhər Xəstəxanasında mayın 14-də 7 aylıq, 980 qram çəkidə doğulan körpənin ana damarında tıxanmanın ciddi tənəffüs çətinliyinə səbəb olduğu müəyyən edilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, doğuşdan 2 həftə sonra körpə oğlanın qasıq venasında angioqrafiya aparılıb və 1,5 millimetr olan kritik damar darlığı 3,5 millimetrə qədər genişlənib. Artıq 2 min 100 qram çəkiyə çatan və 2 aylıq müalicədən sonra sağlamlığına qovuşan körpə tənəffüs dəstəyinə ehtiyac duymadan nəfəs ala bilir. O, 980 qram ağırlığına baxmayaraq damarları əməliyyat edilən ilk körpə olaraq Türkiyənin tibb ədəbiyyatına daxil olub.