"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabr ayında Azərbaycanda keçirikəcək". Bu fikirləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, bu il 11–24 noyabr tarixlərində Bakıda keçiriləcək konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 50-100 min nəfərə qədər nümayəndə heyəti, media nümayəndələri, elm xadimləri və rəsmilərin iştirakı gözlənilir: "Azərbaycan bu günə qədər bir çox beynəlxaq tədbirə ev sahibliyi edib. Təşkil edilən bütün beynəlxaq tədbirlər yüksək səviyyədə keçirilib. İnanıram ki, COP-29-da belə tədbirlər siyahısına daxil olacaq. Belə ki, Azərbaycan COP29-a xüsusi həssaslıqla yanaşır və ən yüksək səviyyədə keçirilməsi Azərbaycanın prestiji baxımından da çox önəmlidir".
V.Bayramov onu da diqqətə çatdırıb ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Onun fikrincə, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi birbaşa Azərbaycanın beynəlxalq imicinin göstəricisidir.
Bakıda keçiriləcək COP29 ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forumdur. İqtisadçının fikrincə, bütün hallarda COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Belə ki, dünya COP tədbirlərinin keçirilməsindən qazanır. COP29-un təşkili ölkəmizin potensialı və imkanlarının təqdim olunması baxımından vacibdir. Azərbaycanın Yaşıl enerji zolağı bütövlükdə Yunan zolağının formalaşmasına töhfəsini verən əsas istiqamətlərdəndir. Eyni zmanada, təbii ki bu turizmə xidmət sektorunun inkişafı baxımınından da vacibdir. Azərbaycana COP29-dan sonra sərmayə cəlb edilməsi aktual məsələlərdəndir. Ona görə təbii ki, COP tədbirləri qlobal, həm də tədbiri təşkil edən ölkə üçün məhz milli əhəmiyyət daşıyır.
Gülnara Nəriman