Energetika naziri Hacıqabulda vətəndaşlarla görüşəcək

8 Avqust 2024 09:59 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov avqustun 29-da Hacıqabul, Şirvan, Salyan, Sabirabad və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, görüş saat 11:00-dan başlayaraq Hacıqabul rayon, Heydər Əliyev Mərkəzində (Ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs: Ceyhun Rzayev: əlaqə telefonu: (050) 225-34-86, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.