Natalia Vlasovanı da bir milyon rubl aldadıblar...

7 Avqust 2024 20:27 (UTC+04:00)

Müğənni Nataliya Vlasova fırıldaqçıların qurbanı olub.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Vlasova bildirib ki, özünü hüquq-mühafizə orqanlarının əməkdaşları və Mərkəzi Bank kimi təqdim edən fırıldaqçılar onu təhlükəsizlik məqsədilə naməlum hesablara 980 min rubl köçürməyə inandırıblar.

Sənətçi pulu göndərib, lakin aldadıldığını anlayaraq polisə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natalia Vlasova karyerasına 1999-cu ildə "Mən sənin ayağındayam" mahnısı ilə başlayıb. Bu bəstəyə görə o, iki dəfə “Qızıl Gramafon” mükafatına layiq görülüb.

2024-cü ilin iyununda Natalia Vlasova bəyan etdi ki, Puqaçova həm insani, həm də yaradıcı mənada onun üçün mütləq avtoritetdir.

...Vlasova hesab edir ki, Puqaçovanın öz nöqteyi-nəzərini söyləmək hüququ var.

Nazlı Almuradova