Ford Mustang Mach-E Ginnesin rekordunu müəyyənləşdirdi

7 Avqust 2024 23:53 (UTC+04:00)

Bridgestone və Webfleet-dən olan bir qrup elektrik avtomobil həvəskarı istehsal olunan Ford Mustang Mach-E elektrik avtomobilini bir dəfə doldurmaqla 900 km-dən çox məsafəni qət edərək Ginnesin Rekordlar Kitabının laureatları oldu

SİA-nın əldə etdiyi məlumata görə, bunu "Avtomərkəz" yazır.

Deməli, sürücülər Kevin Buker və Sem Klark və ikinci pilot Riçard Parkerdən ibarət komanda “bir şarjla elektromobildə ən uzun səyahət” üzrə yeni dünya rekordu müəyyənləşdiriblər.

Onlar Ford Mustang Mach-E krossoverində 569,64 mil (916,74 km) qət etməyi bacarıblar. Bu, keçən il Çin elektrik avtomobili ZEEKR tərəfindən müəyyən edilmiş 563,97 mil (907,62 km) rekordunu üstələyir.

Komanda Norfolk, Linkolnshire, Yorkshire, Nottinghamshire, Leicestershire və Cambridgeshire əyalətlərində ictimai yollarda kVt/saat elektrik enerjisi üçün orta hesabla 6,25 mil sərf edib. Rekord 24 saat ərzində qeydə alınıb və real həyatdakı sürücülük şəraitini simulyasiya etmək üçün şəhər və kənd yollarının qarışığını daxil edib.

Maraqlıdır ki, Kevin Buker və Sem Klark artıq qənaətcil sürücülər kimi məşhur Ginnesin Rekordlar Kitabında qeyd olunmağı bacarıblar. Booker üçün hazırkı titul artıq beşincidir və Semin indi onlardan ikisi var.

…Ədalət naminə qeyd etmək yerinə düşərdi ki, “Bir şarjla elektrik avtomobilində ən böyük məsafə (günəş batareyası olmadan)” kateqoriyasında mütləq rekord Münhen Texniki Universitetinin tələbələri tərəfindən yaradılmış muc022 eksperimental elektrik avtomobilinə məxsusdur.

2023-cü ilin sentyabrında onlar bu- 2573,79 km (1599,27 mil) nəticəni göstərmişdilər.

Nazlı Almuradova