Yaxın onillikdə dünya müharibəsi başlayacaq. SİA xəbər verir ki, bu barədə jurnalist Conatan Saksti Britaniyanın “Express” üçün yazdığı məqalədə qeyd edib.
O, Böyük Britaniyanın niyə hələ də hazırlıqlara başlamaması ilə maraqlanıb. “Yaxın 10 ildə bizi dünya müharibəsi gözləyir, bəs niyə hazırlaşmırıq? Müharibəyə hazırlaşmağın vaxtı dünəndən çatıb”,- Saxti yazır.
Jurnalistin fikrincə, Britaniya öz qoşunlarını yenidən qurmalı, texnika, texnologiya və digər resurslara yenidən sərmayə qoymalıdır. Bir sıra münaqişələr qlobal silahlı qarşıdurmaya çevrilə bilər.
Saksti əmindir ki, İsrail və Fələstin arasındakı döyüşlər, ABŞ və Çin arasında Tayvanla bağlı mübahisə, eləcə də Ukrayna münaqişəsi “planeti yandıra bilər”. O, genişmiqyaslı münaqişənin başlayacağı ən çox ehtimal olunan ərazilər kimi Şərqi Avropa, Yaxın Şərq və Asiyanı adlandırıb.
“Biz uzun müddətdir ki, davamlı sülhün bəhrəsini gördük və indi onun əbədi olacağını düşünərək özümüzü aldadırıq. Bu, olmayacaq”,- deyə yekunlaşdırdı.
Qeyd edək ki, ABŞ Konqresinin üzvü Marcori Teylor Qrin qeyd edib ki, ABŞ prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməsinə icazə verməsi barədə qərar qlobal münaqişəyə gətirib çıxara bilər.