Politoloq Cümşüd Nuriyevin SİA-ya müsahibəsini təqdim edirik:
Dünən və əvvəlki günlər İsraildəki qərargahın və strateji əhəmiyyətli yerlərin raket hücumları ilə vurulmasının şahidi olduq. Deyilənə görə HƏMAS indiyədək istifadə etmədiyi raketlər atıb. Demək olarmı ki, "Dəmir Qübbə" əvvəlki qədər güclü deyil?
- Son 76 ildə yəni 1948-ci ildə İsrail yaranandan bəri İsrail-Fələstin münaqişəsi var. İsrail ilk yarananda indikindən daha çox kiçik idi. Onlar çox ağıllı taktika işlədərək fələstinlilərin torpaqlarını pulla aldı. Fələstinlilər çox gec ayıldı. Mübarizəyə başlasalar da bu işə yaramadı. Bu gün isə Fələstin torpaqlarının böyük bir hissəsi işğalda olması ilə birgə qalan torpaqlarda da hakimiyyət iki hissədən (HƏMAS idarəsində olan Qəzza ətrafı və Mahmud Abbas idarəsində olan digər vilayətlər) ibarətdir
Bu qarşıdurmada Ərəb dövlətləri və ABŞ-ın da maraqları var. İran isə birbaşa HƏMASI qızışdırır və onu silahlandırır. İranın pərdə arxasında qərblə nə etdiyini də görmək mümkündür. Amma İsrail ərazisinə raketlərin düşməsinə qəsdən icazə verib. Onlar bu yolla özlərini aciz və acınacaqlı göstərməyə çalışır. Guya deməyə çalışırlar ki, "“Dəmir Qübbə" öz gücünü itirib və bizə dəstək lazımdır”. Onlar lobbiçiliklə birlikdə informasiya müharibəsində də çox güclüdürlər. Beləliklə dünən və əvvəlki gün olanlar mediaya oynanan rol idi.
- İsrail-Fələstin munaqişəsi şərqə yayılır. Dünən Livandan da müharibəyə qoşulacağı barədə açıqlamalar eşitdik. Əvvəlki Ərəb-İsrail müharibəsini də Livan başlatmışdı. Sizcə belə bir müharibə yarana bilər. Bəs bu konfliktin qlobal müharibəyə çevrilmə ehtimalı nə qədərdir?
- Livan çox güclü dövlət deyil. Onlarda çoxsaylı erməni və xristian əhali də var. Buna görə də onlar daima fitil statusundadır. Livan əvvəllər də olduğu kimi vəziyyəti gərginləşdirib, araqarışdıran rolu oynayır. Ümumilikdə isə Livanın müharibəyə qatılması həlledici əhəmiyyət daşımır.
- Bildiyimiz kimi Bayden administrasiyası son günlərini yaşayır. Amerika tərəfi isə aylar öncəki qədər effektiv deyil. Sizca Fars-Ərəb liqası bundan istifadə edib münaqişəyə atıla bilərmi?
- ABŞ-də demokratlar hakimiyyətdə olduqca müharibələr və işğallar daima olub. Buna görə də İsraildə Trampın seçilməyini istəmirlər. Onlar vaxt var ikən Baydenden daha çox istifadə etməyə çalışırlar. Fars-ərəb liqasına gəlincə isə belə bir şey yoxdur. Nə qədər ki, farslar var belə bir birlik yaranmayacaq.