Antraktidada yırtıcı mikroorqanizm aşkar edilib

7 Avqust 2024 14:44 (UTC+04:00)

Çin və Avstraliya alimləri Antarktidanın kənarında yerləşən “Qlubokoe” gölündə həyəcanverici kəşfə imza atıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sidney Texnologiya Universitetinin və Hollandiya Kral Dəniz Tədqiqatları İnstitutunun alimləri Antarktidanın buzlarında yırtıcı mikroorqanizmlər aşkar ediblər.

Tədqiqatçılar bildiriblər ki, Antarktidanın dərinliklərində, “Qlubokoe” gölündə ekstremal şəraitdə sağ qalan birhüceyrəli orqanizmlərin məskəni var.

Tədqiqatçıların müşahidələrinə görə, "DPANN" kimi tanınan "Arxe" qrupu, aqressiv davranış nümayiş etdirərək sağ qalmaq üçün parazit kimi ev sahibi hesab olunan orqanizmlərdən asılı vəziyyətdədir.