İsrail XİN-in binasında axtarış aparılıb

7 Avqust 2024 14:32 (UTC+04:00)

Polis işçiləri İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıblar. SİA xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb. Axtarışın “Laxav-433” xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli təhqiqat çərçivəsində aparıldığı bildirilir.

İstintaq diplomatik pasportlar almaq hüququ olmayan şəxslərə pasport verilməsi şübhəsi ilə əlaqədar aparılır. Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.