Almaniyanın Reynland-Pfalts əyalətinin Kröv şəhərində, Moselle çayı yaxınlığında yerləşən oteldə yerli vaxtla saat 23:00 radələrində qismən çökmə baş verib. Binada 14 nəfərin olduğu bildirilib.
Əraziyə polis və xilasetmə qrupları göndərilib. Polisin verdiyi açıqlamada 1 nəfərin öldüyü, 8 nəfərin sıxışıb qaldığı, 5 nəfərin isə xəsarət almadan xilas olduğu bildirilib. Sıxışıb qalan bəzi şəxslərlə əlaqə saxlamaq mümkün olub.
Oteldə axtarış-xilasetmə işləri davam edir.