İldə 8 dəfə baş verən və xalq arasında “ ulduz axması” kimi tanınan Perseid meteor yağışı ən güclü avqustun 12-nə keçən gecə olacaq. Göydə saatda 100 meteorit görmək olar. Meteoritlər atmosferə saniyədə 59 kilometr sürətlə daxil olacaq və alov toplarına bənzəyəcək.
TÜBİTAK (Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası) Milli Rəsədxanası (TUG) tərəfindən hazırlanan 2024-cü il Göy Hadisələri İlliyinə görə bəziləri minlərlə il əvvələ aid olan kometaların keçidindən sonra qalan dağıntılardan ibarət olan meteor yağışı hadisələri dünyada hər il 8 dəfə baş verir. Yer atmosferinə daxil olan meteorların sürətinin saniyədə orta hesabla 59 kilometr civarında olacağını bildirən Göy hadisələri İlliyi kitabında “Perseid yağışı zamanı “atəş topları” adlandırılan meteorları da görmək mümkündür. Alov topları daha böyük işıq partlayışı formasındadır və daha uzun müddət müşahidə oluna bilir, həm də daha yüksək parlaqlığa malikdirlər.Onlar mənfi 3 bal gücünə çatan parlaq meteorlardır.
Perseid meteor yağışını izləmək üçün bir çox həvəskar şəhərin işıqlarından uzaq ərazilərdə həm fotoşəkil çəkdirmək, həm də ziyafəti adi gözlə izləmək üçün proqramlar hazırlayır.