Tez-tez qəlyanaltı etmək beynin fəaliyyətini pisləşdirə bilər - FAKTLAR AÇIQLANDI

7 Avqust 2024 10:53 (UTC+04:00)

Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, tez-tez qəlyanaltı yemək idrak qabiliyyətini zəiflədə bilər. SİA faktları araşdıraraq xəbər verir ki, könüllülər arasında aparılan araşdırmalar zamanı müəyyən olunub ki, müxtəlif yemək cədvəllərinə riayət etmə zehnin fəaliyyətinə mınfi təsir edə bilər.

Araşdırmaçılar iştirakçıların sağlamlığı, fiziki parametrləri (boy, çəki) haqqında məlumat toplayaraq, gün ərzində nə qədər qəlyanaltı etdiklərini öyrənib. Bundan sonra könüllülər koqnitiv qabiliyyətlərini qiymətləndirmək üçün testlərdən keçib. Tədqiqat müəyyən edib ki, müntəzəm olaraq qəlyanaltı edən insanlar testlərdə adi pəhriz saxlayanlardan daha pis nəticə göstərir. Çəki artımının və zehni geriləmənin qarşısını almaq üçün mütəxəssislər şəkərli və karbohidratlı qəlyanaltıların qəbulunu məhdudlaşdırmağı və tərkibində protein və lif olan sağlam qəlyanaltılar seçməyi tövsiyə edib.

Müəllif: Gülnara Nəriman