“The Wall Street Journal” xəbər verir ki, ABŞ-nin Ədliyyə Nazirliyi dünən İranla əlaqəsi olan 46 yaşlı Asəf Rza Mərçant adlı Pakistan vətəndaşının ABŞ rəsmisinə sui-qəsd planlaşdırmaqda günahlandırılaraq saxlanıldığını açıqlayıb. SİA "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, nəşr Amerika rəsmilərinə istinadən bildirib ki, adıçəkilən şəxs aprel ayında Nyu-Yorka səfəri zamanı peşəkar bir sui-qəsdçi işə götürüb və qarşıdakı prezident seçkilərində ABŞ-nin keçmiş prezidenti və hazırda Republikaçılar Partiyasının namizədi olan Donald Trampı, o cümlədən bir neçə siyasətçini də öldürüməyi planlaşdırıb.