İranın Ədliyyə-Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangiri dünən keçirdiyi mətbuat konfransında HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsində əli olan şəxslərin yaxalanması ilə bağlı məlumatları təkzib edib. SİA "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki,
Əsğər Canahgiri iddia edib ki, İranda indiyədək HƏMAS liderinin öldürülməsi ilə bağlı heç kim saxlanılmayıb və həbslərlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, İran Həniyənin öldürülməsinə cəsarətlə reaksiya verəcək və ABŞ-nin bu məsələdəki rolu kənarda qalmayacaq.