Respublikaçı senator və ABŞ-ın keçmiş prezidenti Donald Trampın müttəfiqi J.D.Vens ABŞ-ın vitse-prezidenti Kamala Harris və onun vitse-prezidentliyə namizədi kimi seçdiyi Minnesota qubernatoru Tim Valzı maraqlı komanda adlandırıb. SİA xəbər verir ki, bu barədə avqustun 6-da Fox News məlumat yayıb.
"2020-ci ilin yayında baş verən iğtişaşları xatırlasaq, iğtişaşçılara Minneapolisi yandırmağa icazə verən Tim Valz olub", - deyən Vens Corc Floydun ölümündən sonra Minnesotada başlayan hadisələri xatırladıb.
"Əvvəllər Tim Valzın namizədliyinə reaksiya verməməyimin səbəbi, demokratların hər an onu başqası ilə əvəzləyib bizi təəccübləndirməyə hazır olduqlarını göstərmələri idi", - deyə Vens bildirib.