Türkiyədə 5,2 maqnitudada zəlzələ baş verib

7 Avqust 2024 07:52 (UTC+04:00)

Türkiyənin mərkəzi hissəsində 5,2 maqnitudada zəlzələ qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata görə, zəlzələnin episentri 29 min insanın yaşadığı Kazan şəhərindən 88,1 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.