İsrail "Hizbullah"ın hərbi qurğusuna hücum etdi

7 Avqust 2024 02:46 (UTC+04:00)

İsrail qırıcıları Livanın cənubundakı Yaruna bölgəsindəki "Hizbullah" hərəkatının silahlı radikallarının hərbi qurğusuna zərbələr endiriblər. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, "Hizbullah”ın Livanın cənub hissəsində, Kfar-Kila bölgəsindəki obyektləri də hücuma məruz qalıb.

Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyət 7 oktyabr 2023-cü il tarixində Qəzza zolağından İsrail ərazisinə radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarının soxulmasından sonra kəskin şəkildə pisləşib. Bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov gpötürülməsi ilə nəticələnib. Buna cavab olaraq İsrail Qəzzanın tam blokadasını elan edib, Livan və Suriyanın sektoruna və ayrı-ayrı bölgələrinə cavab zərbələri endirməyə başlayıb.